!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziraat Bank Azərbaycan”ın gənc əməkdaşı Ankarada dünyasını dəyişdi

!Reklam – Yazi

“Ziraat Bank Azərbaycan”ın uğurlu karyeraya malik təcrübəli əməkdaşı vəfat edib.

Yenicag.az xəbər verir ki, “Ziraat Bank Azərbaycan”ın filial müdirinin müavini vəzifəsində çalışan Ervin Səlimov Ankara şəhərində yerləşən nüfuzlu klinikaların birində dünyasını dəyişib.

Bu barədə məlumat “Ziraat Bank Azərbaycan”ın rəsmi saytında yerləşdirilib.

Qeyd olunub ki, bank fəaliyyətinə 2013-cü ildən başlayan Ervin Səlimov 2020-ci ildən bu günədək “Ziraat Bank Azərbaycan”ın Əhməd Rəcəbli filialında işləyib. Peşəkarlığı və effektli fəaliyyəti ilə seçilən Səlimov Mərkəzi Bankın filial müdürü müavini attestasiyasından uğurla keçərək. 2022-ci il dekabrın 6-da filial müdirinin müavini vəzifəsinə təyin edilib.

İnformasiyaya əsasən, Azərbaycanın bir sıra özəl xəstəxanalarında müalicə aldıqdan sonra mənşəyi bəlli olmayan xəstəliklə əlaqədar səhhətində yaranan problemlərin aradan qaldırılması üçün “Ziraat Bank Azərbaycan” tərəfindən mayın 10-da Türkiyədən gətirilmiş xüsusi ambulans təyyarədə ailəsi ilə birlikdə Ankara şəhərində yerləşən tanınmış klinikaların birinə aparılıb.

Məlumatda bildirilib ki, ən yüksək səviyyədə tibbi müdaxilələrə baxmayaraq, Ervin mayın 29-da dünyasını dəyişib. Dünən axşam saatlarında mərhum bank əməkdaşının cənazəsi Bakıya gətirilib.

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv