!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zirə” doğma meydanda “Araz-Naxçıvan”a məğlub oldu

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında 32-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, turun son oyununda “Zirə” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

İqor Ribeyro 89-cu dəqiqədə vurduğu qolla “Araz-Naxçıvan”a qələbə qazandırıb.

Bu nəticədən sonra “Zirə” 49 xalla turnir cədvəlində dördüncü pillədə qalıb. “Araz-Naxçıvan” isə 35 xalla səkkizinci yerə yüksəlib.

Turun əvvəlki oyunlarında “Sabah” “Səbail”i 2:0, “Kəpəz” “Qəbələ”ni 1:0, “Neftçi” “Turan Tovuz”u 3:0, “Sumqayıt” isə “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv