!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zirə” evdə “Turan Tovuz”a uduzdu

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bölgə təmsilçisindən qolları 3-cü dəqiqədə Şəhriyar Əliyev, 57-ci dəqiqədə Natan Oduva və 60-cı dəqiqədə Roderik Miller vurublar. Paytaxt klubunun heyətində isə 86-cı dəqiqədə Loris Bronyo fərqlənib.

“Qartallar”ın hücumçusu Hamidu Keyta 33-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbə ilə xallarını 32-yə çatdıran “Turan Tovuz” 6-cı pillədəki mövqeyini möhkəmlədib. 42 xalı olan “Zirə” isə 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” Qəbələdə “Kəpəz”ə, “Sabah” evdə “Şamaxı”ya 1:0, “Qəbələ” isə doğma meydanda “Səbail”ə 4:2 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulacaq./Report/

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv