!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zirə” “Qəbələ”ni böyük fərqlə məğlub etdi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasında XXIX tur davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

“Zirə” və “Qəbələ” komandaları birincilərin meydanında üz-üzə gəliblər. Dörd gün əvvəl baş tutan Azərbaycan Kubokunun yarımfinal oyununda olduğu kimi, bakılılar yenə meydandan qalibiyyətlə ayrılıblar. Ancaq bu dəfə daha böyük hesab qeydə alınıb.

Rəşad Sadıqovun yetirmələri artıq birinci hissədə rəqib qapısından 3 top keçiriblər. 4-cü dəqiqədə Rəhim Sadıxov hesabı açıb. 25-ci dəqiqədə Rafael Utziq, iki dəqiqə sonra isə Ceyhun Nuriyev adlarını tabloya yazdırıblar.

57-ci dəqiqədə Fuad Bayramov fərqi 4 topa çatdırıb. Beləliklə, rəqibi üzərində 4:0 hesablı qələbə qazanan “Zirə” xallarının sayını 45-ə çatdırıb və ikinci pilləyə yüksəlib. Sonuncu sıradakı “Qəbələ”nin isə hesabında 16 xal var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” isə “Səbail”i (4:2) məğlub edib. Tura bu gün keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq./Report/

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv