!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zorakılığa məruz qalan KİŞİLƏR: "Ailədə qadın daha güclüdürsə,..."

!Reklam – Yazi

Azərbaycanda fiziki zorakılığı daha çox kişilərin törətdiyi danılmaz faktdır. Lakin qadınlar tərəfindən törədilən fiziki zorakılıq halları da az deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, bu il 42 nəfər kişi məişət zorakılığına məruz qalıb. 

Kişilərin məişət zorakılığına məruz qalmasının səbəbləri ilə bağlı psixoloq İlahə Dadaşova öz fikirlərini Yenicag.az-la bölüşüb.

Psixoloqa görə, zorakılıq insanın şəxsi keyfiyyətlərinə və ailənin mühitinə görə dəyişir:

“Əslində məişət zorakılığında qadın və ya kişi ayrı-seçkiliyi yoxdur. Sadəcə kişinin məişət zorakılığına məruz qalması cəmiyyətdə çaşqınlıqla qarşılanır və səbəbi axtarılır. Halbuki zorakılıqlarda səbəblər eynidir. Qeyd edim ki, ölkəmizdə məişət zorakılığına məruz qalan daha çox qadınlardır.

Bir şəxsin psixoloji problemi və ya müəyyən şəxsiyyət pozqunluğunun olması qarşı tərəfə qarşı məişət zorakılığı tətbiq etməyə yol açır. Yəni, təməldə aqressiya, ailə-məişət problemləri, kişi xarakterinin daha zəif formalaşması kimi amillər durur. Adətən kişi psixologiyası basqın hesab olunur. Bu cür psixologiyada eqo, özünü göstərmək və fiziki güc üstünlük təşkil edir. Əgər ailə daxilində qadın psixoloji və fiziki olaraq kişidən güclüdürsə, bu halda kişiyə rahatlıqla məişət zorakılığı tətbiq oluna bilər”.

Gülşən Şərif

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv