!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zorla ərə verilən 16 yaşlı qızın ailəsi danışdı: “Oğlanın anası xəstə olduğu üçün... - VİDEO

!Reklam – Yazi

Sabirabad rayonunun Qaraağacı kəndində 16 yaşlı qızın 40 yaşlı kişiyə zorla ərə verilməsi ilə bağlı xəbər ölkə gündəmini zəbt etdi.

Yenicag.az xəbər verir ki, Space TV-də Amil Xəlilin aparıcısı olduğu “Gəl, danış” verilişində sözügedən ailə ilə bağlı iddialara cavab verilib.

Belə ki, efirdə sözügedən ailə ilə canlı bağlantı yaradan aparıcı bu ittihamların yanlış olduğunu bildirib. Verilişdə adı çəkilən qızın atası, doğmaları açıqlama verib.

Canlı yayımda baş verənlərə aydınlıq gətirən ailə deyilənlərin həqiqət olmadığını vurğulayıb:

“Düzdür, toy etmək istəyirik, amma oğlan 1996-cı il təvəllüddür. Qızımın da 17 yaşı olacaq. Qayınanası xəstə olduğu üçün toyu tez etmək istədik. Amma indi gözləyərik 18 yaşı olsun sonra toy edək”.

Ailə bu söz-söhbətin haradan çıxdığından isə xəbərsizdir.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv