!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Zövqsüz" dediyi aktrisalar Pərvini SUSDURDU: “300-500 manata…” - QARŞIDURMA

!Reklam – Yazi

Pərvin Abıyevanın: “Aktrisaların heç birinin geyim tərzini bəyənmirəm, sənətləri çox gözəldir, amma zövqlə geyinə bilmirlər”, – sözləri birmənalı qarşılanmayıb. Bu fikir sənət cameəsində müzakirələrə səbəb olub.

Yenicag.az-a açıqlama verən aktrisa Cəmilə Tağıyeva: “Yaxşı geyinmək üçün həm də yaxşı qazancın olmalıdır, onun nə vecinə”, – deyərək qarşı tərəfin cavabını verib.

Aktrisa müqayisənin yersiz olduğunu bildirib:

“O özü ilə heç kimi müqayisə etməsin. Onun nə vecinə, başqa dərdi-səri yoxdur. Elə tək dərdi özüdür. İşi-gücü geyim, özünə baxmaqdır. Hər adamın buna imkanı çatmır axı. Hərənin özünəməxsus zövqü var. Aktrisalar çox az məvaciblə çalışırlar. Teatrdan aldığı 300-500 manat maaşı geyiminə xərcləsin, ya evinin kommunalına, ərzağına, uşağının qarnına? Bəziləri seriala çəkilir, az-çox oradan qazanır. Flmlərə də gəlincə tək-tük halda film çəkilir. Oradan da milyonlar qazanmırlar. Hansı aktrisa bir filmdən 50 min pul götürür? Elə aktrisalar var, imkansızlığından bir geyimi illərlə geyinir, hər halda, bunu kefindən eləmir”.

Aktrisa Vəfa Babayeva da saytımıza açıqlamasında qarşı tərəfə səslənib:

“Mən də aktrisayam, istədiyim vaxt zövqlü geyinib çıxıram. Amma hər gün taxım-taxışdırım hesabı deyil məndə. Mənə necə rahatdırsa, elə də geyinib çıxıram. Zövqlər müzakirə edilməz. Hər kəs özünə yaraşanı geyinir. Hamı Pərvinin zövqüylə geyinməyəcək ki?”

Bəzi aktrisalar isə ona cavab verməyi özlərinə sığışdırmadıqlarını deyərək sualı cavabsız qoyublar.

Qeyd edək ki, Pərvin “Şourum” verilişində aktrisaları zövqsüz adlandırıb.

Cəvahir

www.yenicag.az

2109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv