!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zülfiyyə: “Bunu özümə qadağan etməmişəm” - FOTOLAR

!Reklam – Yazi

“Çox istəyərdim ki, Azərbaycan kinomatoqrafiyası heç Avropanı nəzərdə tutmuram, qonşu ölkələr olan Türkiyə, Rusiya,Gürcüstan kinomotoqrafiyası kimi inkişaf etsin”.

Bunu tanınmış aktrisa Zülfiyyə Nəzər Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa tarixi filmlərin çəkilməsini və həmin ekran işlərində rol almaq istədiyini bildirib:

“Xarici ölkələrdə ərsəyə gələn tarixi filmləri heyranlıqla izləyirəm. Və bir aktrisa olaraq, mənim də ürəyimdən gözəl duyğular keçir. Çox istərdim ki, adını sadaladığım ölkələrdə çəkilən tarixi filmlər Azərbaycanda da çəkilsin. Bizim aktyorlar, aktrisalar da tariximizdə iz buraxmış böyük şəxsiyyətlərin obrazlarını canlandırsın”.

Z.Nəzər Məmmədova aktrisa olaraq onun qarşısına sədd çəkə biləcək heç bir qadağanın olmadığını da bildirib.

Xarakterindən və zahiri görünüşündən asılı olmayaraq hər bir rolu canlandırmağa hazır olduğunu deyən Zülfiyyə açıq-saçıq obrazları canlandırmaqdan belə çəkinmədiyini bildirib:

“Mənim üçün hər hansı obraz qadağası yoxdur. Heç vaxt demərəm ki, bu rolu oynamaram. Hansısa ssenari ürəyimə yatırsa, kinomotoqrafiyada azacıq da olsa iz buraxacağamsa, xarakterindən, obrazın zahiri görkəmindən asılı olmayaraq istənilən rolu oynayaram.

Ümumiyyətlə, peşəkar aktrisa üçün hər hansısa rolun bir qadağası yoxdur və ola da bilməz. Mənim üçün aktrisa kölədən tutmuş ağaya qədər hər bir rolu oynamağı bacarmalıdır. Hətta açıq-saçıq bir obrazı canlandırmaqdan imtina etməməlidir. Aktyor açıq-saçıq rollarda estetikanı düzgün göstərib, tamaşaçıya onu dügün şəkildə çatdırmağı bacarmalıdır. Əslində açıq-saçıqlığın estetikasını tamaşaçıya çatdırmaq özü də bir peşəkarlıqdır. Bunu da hər adam bacarmır”.

Cəvahir

www.yenicag.az

1332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv