!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zümrüd Oqtay Əliyevdən danışdı: “Dedi, elə sual ver, şok olum”

!Reklam – Yazi

“Bir dəfə bizi kabab yeməyə aparmışdı. Yeri bəyənmədim, dedi, sən bir buranın mənzərəsinə bax. Həqiqətən də sən demə, ora ən gözəl kabab çəkilən yer imiş. İndi o yerdən baxanda Oqtay müəllimin məzarı görünür”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova uzun illər bərabər çalışdıqları mərhum prodüser Oqtay Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.

O, Oqtay Əliyevin ölümündən əvvəl ona söz verdiyini xatırlayıb:

“Verilişimə ad axtarırdım. Oqtay müəllim dedi ki, sən elə əsl sözbazsan, verilişin adını “Sözbaz” qoy.

Nə bir pisliyi var idi, nə də kiminsə xətrinə dəyirdi. Kölgədə qalan o qədər müğənniyə şans verirdi ki… Mən özüm də həmişə sosial şəbəkələrdə məşhurlaşıb, özünü ulduz sayan müğənnilərdənsə, kölgədə qalan sənət adamlarını efirə çıxarmağın tərəfdarı olmuşam. Oqtay müəllimlə bu məsələdə ortaq məxrəcə gəlirdik.

Deyirdi, ürəyi yumşaqsanmış ki, amma qırağdan elə görünmürsən. Mən də deyirdim, elə siz də elə görünmürsüz. Yəni o cür cüssənin içərisində elə yumşaq ürəyi var idi, amma çoxu bunun fərqinə varmırdı.

Mənə söz vermişdi, müsahibə edəcəkdik. Həyəcanla demişdi, mənə elə sual verərsən ki, şok olum. Amma ölüm xəbərini aldıq. Təsəvvür edin. Heç vaxt kabab çəkməyən adam həmin gün demişdi ki, gedək, sizə kabab çəkim. O dəhşətli hadisə baş verdi”.

Aparıcı bu barədə “Özəl” verilişində danışıb.

Nehru

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv