!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zurabişvili QORXUR: "Putin Gürcüstanı ələ keçirmək üçün onlardan istifadə edir" - VİDEO

!Reklam – Yazi

“Putin Gürcüstanı ələ keçirmək üçün relokantlardan istifadə edir”. 

Yenicag.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili CBS News-a müsahibəsində deyib.

Gürcüstan prezidenti qorxur ki, Putin Gürcüstanı ələ keçirmək üçün Rusiyadan Ukrayna ilə müharibə başlayandan sonra Rusiyadan qaçan ruslardan istifadə edir.

“Müharibə burada həyata necə təsir edir?” sualına Zurabişvili belə cavab verib:

“Əlbəttə, bu, ölkəmizin başına gələn hər şeyi xatırladır və həmişə təhlükə və qorxu var. Rusiyanın zəminləri sınaqdan keçirməsi artıq reallığın bir hissəsinə çevrilib. Onlar üçün asan yol hibrid müharibədir.

Ölkəmizdə düşmən dilində danışan və öz evində olduğunu düşünən insanların olması çox əsəbiləşdirir. Ruslar özlərini elə aparırlar və öz evlərində olduqlarını düşünürlər.

Deməli, incə bir xətt var və bu xətt qorunmalıdır ki, gələcəkdə insidentlərimiz olmasın və bu, Rusiyaya rusdilli vətəndaşları qorumaq üçün sevimli doktrinasından istifadə etməyə imkan verməsin”.

“Gürcüstan niyə ruslara sərhədini bağlamır? Siz səlahiyyətiniz var, hökumətin başçısı deyilsiniz?” sualını verib.

“Xeyr, mənim icra səlahiyyətim yoxdur”, – prezident deyib.

Telekanalın məlumatına görə, təxminən hər yarım saatdan bir Rusiyadan köçənlər mənzil və torpaq sahəsi alır və biznesini qeydiyyatdan keçirir. Bundan əlavə, dövlət lisenziyası olmadan beş rusdilli məktəb açılıblar.

Xuraman Etibarlı

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv