!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zurabişvili: “Saakaşvili ekstradisiya oluna biilər”

!Reklam – Yazi

Zurabişvili Saakaşvilinin ekstradisiyasını istisna etməyib.

Yenicag.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin zəhərlənməsinə və işgəncələrə məruz qalmasına inanmadığını bildirib.

“Onun həbsxanada öləcəyini düşünmürəm”, – prezident deyib.

Eyni zamanda, Zurabişvili Saakaşvilinin həbsdə ölməsinə imkan verməyəcəyini vurğulayıb.

Eks-prezidentin əfv olunmasından danışan Zurabişvili qeyd edib ki, bu məsələ açıq qalır.

Onun sözlərinə görə, Saakaşvilini həbsdən azad etməyin başqa yolları var, məsələn, ekstradisiya.

Zurabişvili keçmiş dövlət başçısının başqa ölkəyə aparılmasının mümkünlüyü barədə suala “Bu baş verə bilər” deyə cavab verib.

Xuraman Etibarlı

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv