www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində yerləşən 13 saylı seçki məntəqəsinə polis cəlb olunub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, seçki məntəqəsində hakim “Gürcü Arzusu” və müxalif “Avropalı Gürcüstan” partiyasının nümayəndələri arasında qarşıdurma yaşanıb. Gərginliyə səbəb mobil seçki qutularının seçki məntəqəsinə gec çatdırılması ilə bağlı olub.

Məntəqədə olan “Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmamquliyev və hakim “Gürcü Arzusu” Partiyasının deputatı Tamaz Naveriani arasında insident olub. T.Naveriani Ə.İmamquliyevi təxribatçı adlandıraraq, onu süni gərginlik yaratmaqda ittiham edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 581
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."