!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu universitetdə hicabla dərsə gəlmək qadağan olundu - Azərbaycanda

!Reklam – Yazi

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən universitetin rektoru Akif Hacıyev məlumatın doğru olduğunu deyib:

“Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik”, – deyə rektor vurğulayıb.

A.Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: “Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.

www.yenicag.az

12769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv