!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə tədbirləri davam edir - FOTO

!Reklam – Yazi

“XXI Əsrin Qadınları” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində 6 saylı Bakı Peşə Məktəbində tədbir həyata keçirib.

Yenicag.az xəbər verir ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uğun olaraq 6 saylı Bakı Peşə Məktəbində təşkil olunan tədbirdə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, 6 nömrəli Bakı Peşə Məktəbinin Tədris və İstehsalat İşləri İşləri üzrə direktor müavini Aydın Ağayev və sözügedən layihənin rəhbəri Mahirə Əmirhüseynova, eləcə də müəllim və yeniyetmə gənclər iştirak ediblər.

DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov insan alveri ilə mübarizədə görülən işlər haqqında geniş çıxış edib. İnsan alverinin yaratdığı problemlər və bunun transmilli cinayət əməli olmasını tədbir iştirkaçılarının diqqətinə çatdırıb. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin bu sahədə gördüyü işlər haqqında, insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “152 Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Sonra layihənin rəhbəri Mahirə Əmirhüseynova çıxış edərək sözügedən layihənin əsas məqsədinin insan alverinin qurbanlarının sosial-hüquqi müdafiəsinin həyata keçirilməsi, eləcə də gənclər və yeniyetmələr arasında insan alveriniə qarşı mübarizə üzrə maarifləndirmə işlərinin təşkili olduğunu qeyd edib.

Tələbələrin sualları İbrahim Əhmədov və Mahirə Əmirhüseynova tərəfindən cavablandırılıb.

Sonda məktəbin Tİİ üzrə direktor müavini Aydın Ağayev maraqlı tədbir üçün layihə rəhbəri Mahirə Əmirhüseynovaya və polkovnik-leytenant İbrahim Əhmədova təşəkkürünü bildirərək, bu istiqamətli lahiyələrin gənclərin gələcəklərinin formalaşmasında, inkişafında mühüm əhəmiyyətli olduğunu qeyd edib və bu cür informasiyaların ötürülməsinin vacibliyini vurğuladı. Belə tədbir və lahiyələrin təhsil ocaqlarında mütəmadi keçirilməsini məqsədəuyğun olduğunu və tələbələrlə bu cür məsələlərə çox ciddi diqqət yetirmələrini, xoşagəlməz halların qarşısını almaq üçün lazım olan təqdirdə nümayəndələrin verdiyi nömrələrlə əlaqə saxlamağı tövsiyə etdi.

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv