Yazı İçi 468×60

yenicag_ceyhunƏslində bunu dəfələrlə qeyd etmişdik. Fətullah Gülən və müridləri Ermənistan və erməni xalqını düşmən olaraq görmür. Bizimlə Gülənin müridlər arasında ən böyük fərq də Ermənistana baxışımızdır. Azərbaycan dövləti Ermənistanı rəsmi olaraq, birincü düşmən statusunda gördüyü halda, Gülənin müridləri terrorçu dövləti mücərrəd düşmənlə əvəzləyirlər.

 Belə ki, Ermənistan yerinə mücərrəd erməni lobbisini önə çıxararaq, Xocalı soyqırımı və Qarabağın işğalının baiskarı olan dövləti birinci dərəcəli düşmən olaraq görmürlər. Bu fikir Gülən camaatının Azərbaycandakı gənc imamlarından Ceyhun Osmanlının deyil, eləcə də Elnur Aslanov və Fərhad Məmmədov olmaqla, bütün fətullahçıların fikridir. Bəlkə də elə bu gənclərin hərbi xidmətdən yayınmalarında ən böyük səbəb Ermənistana qarşı savaşmamaq istəyi yatır. Necə də olsa, hocaəfəndiləri bir Pakradunidir.

Ceyhun Osmanlının bu barədə Türkiyənin internethaber.com saytına verdiyi müsahibəni oxuduqda, öncə türk mediasının hər zamankı erməni lobbisini önə çıxarıb, Ermənistana toxunmamaq xəstəliyi ilə izah etdik. Çünki Azərbaycan Milli Məclisinin üzvü, Prezidentin vəkili olan bir şəxsin Ermənistanı düşmən hesab etməməsi nonsens idi. Lakin həmin müsahibənin “Millət vəkili Ceyhun Osmanlının Türkiyənin ən böyük internet xəbər portallarından olan internethaber-də Xocalı Soyqırımı ilə bağlı müsahibəsi – 2013-02-26” başlığı ilə təqdim olunuduğunu görüb, məsələnin heç də düşündüyümüz kimi olmadığına inandıq.

 Xocalı Soyqırımı ilə bağlı müsahibəsində Ermənistanın fəaliyyətinə qısqanclıqla yer ayıran Osmanlı “Biz Ermənistana qarşı deyil, Erməni lobbisinə qarşı mübarizə aparırıq” (“Biz, Ermenistan’a karşı değil, Ermeni lobisine karşı mücadele ediyoruz.”) deyərək, mövqeyini ortaya qoyur.

 Doğrudur, dünyada ciddi bir erməni lobbisi var və lakin faktiki olaraq Azərbaycanın düşməni Ermənistandır və onu bu mübarizədən kənarda saxlayaraq, fərqli ölkələrdə fərqli adlarla erməni mənfəətləri üçün çalışan bir lobbi ilə mübarizə aparmaq heç də Ermənistanı düşmən olaraq görməkdən imtinaya əsas vermir. Lakin Ceyhun Osmanlının həmin müsahibəsindəki bəzi nüanslarda eynilə türk liberalları kimi davranması diqqət çəkir. Xüsusilə də, Türkiyədə və Ermənistanda “insanlar arasında nefreti değil, sevgi ve kardeşlik duygularını yaymak gerekir” kimi cümlələrini oxuyarkən, qarşımızda sanki Ceyhun Osmanlı deyil, “ermənilərdən üzr istəyirəm” deyən hansısa türk liberalını görürük.

Bu da yuxarıda qeyd etdiyimiz kimi, əslində Osmanlının bağlı olduğu Camaatın ümumi fəlsəfəsi ilə bağlıdır. Gülən və müridləri erməniləri osmanlı dönəmində olduğu kimi “əhli-kitab”, “milləti sadika” olaraq gördüklərindən Ermənistana qarşı hər hansı düşmənçilik hissindən də uzaqdırlar.

Elə ABŞ və digər güclərin bu şəbəkəyə dəstək verib, Elnur Aslanov və Ceyhun Osmanlının daha da yüksəlmələrinə çalışmalarının arxasında ermənilərə qarşı loyal münasibətləri yatmaqdadır.

 Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."