!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı Azərbaycan məktəbinin direktoru: "Mübariz Mənsimov beş il keçsə də, vədinə əməl etmədi" - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

“Şagirdlərin lazımi sənədlərlə təmin olunması ilə bağlı qarşımızda bir sıra maneələr var”.

Bunu Türkiyənin İstanbul şəhərindəki H.Cavid adına məktəbin problemləri ilə bağlı danışan təhsil ocağının direktoru Şərqiyyə Məmmədova Yenicag.az-a videomüsahibəsində deyib.

Onun sözlərinə görə, məktəb üçün lazım olan müəyyən işlərin görülməsini Mübariz Mənsimov öz öhdəsinə götürsə də, beş il keçməsinə baxmayaraq, vədinə əməl etməyib:

“Xeyriyyəçi kimi yalnız özünün tanınmasını istədiyi üçün başımıza bəla gətirdilər. Biz çox böyük bir şey istəməmişdik. İstəyimiz yalnız və yalnız şagirdlərin rahatlığı, yüksək səviyyədə müasir tələblərə uyğun təhsil almasıdır. Nəinki istəyimiz yerinə yetdi, tam əksinə, şirnikləşdirici addımlarla müəllim və şagird heyətimizdən bir neçəsi öz əhatələrinə cəlb edildi.

Mənim gördüyüm işləri başqa cəmiyyətlər mükafatlandırardı, bizdə isə laqeyd yanaşırlar. Haradansa gəlib bu yerlərə çatmamışam, peşəm üçün 43 ilimi həsr etmişəm. Azərbaycanda təhsil sahəsində ən yaxşı 5 nəfər varsa, biri mənəm. Məqsədimiz birmənalı olaraq, hər bir vətəndaşımızın ziyalı kimi böyüməsi, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək gənclərin yetişdirilməsidir. Lakin şagirdlərin lazımi sənədlərlə təmin olunması ilə bağlı qarşımızda bir sıra maneələr var.

Dövlət dəstəyinə ehtiyac var. Çünki bizdə təhsil alan elə öz azərbaycanlı vətəndaşlarımızdır. Hər biri vətənpərvər ruhda böyüyən və böyüdülən gənclərdir. Aidiyyəti qurumlar mövzuya həssas yanaşmalıdır. Əgər hərəkətə keçməzlərsə, BMT-nin İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək.

Övladlarımız nə üçün öz tariximizi, milli ənənələrimizi, ədəbiyyatımızı öyrənməməlidir? Niyə rus və digər bölmələrdə təhsil almalıdır? Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində yüksək qiymətləndiriləcək addımları olub. İndi də həmin siyasi kurs uğurla davam etdirilir. Qarşımızda olan maneələrin aşılmasında yetəri qədər dəstək vacibdir. Ölkəmizin gələcək təminatçısı olan bu uşaqlar üçün lazımi addımlar atılmalıdır. Çünki heç birimizə villalar, evlər qalmayacaq, hər birimiz ölüb gedəcəyik. Aparacağımız tək şey isə yaxşı əməllərimiz olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv