Dünyanın ən sirli kitabı: “Voyniç əlyazması”

Müəllif: Redaktor

Editor

Amerikanın Yel universitetində (Yale university) elm adamlarının anlamadığı sirli bir əlyazma var. Hansı dildə yazıldığı, içərisindəki rəsimlərin nə olduğu hələ də bilinmir. Kitabda botanika, astronomiya bölümləri və çılpaq qadın şəkilləri var. Kitabın 16-cı əsrə aid olduğu düşünülür. Maraqlı məqamlardan biri astronomiya bölümündə şəkli olan NGC 5194 adlı qalaktikanın Habl teleskopu ilə 1773-cü ildə kəşf edilməsidir. Gələcəkdən xəbər verən bu kitabdakı bitki şəkilləri isə dünyada mövcud deyil.

Əlyazmanın adı 1812-ci ildə kitabı Romada köhnə bir kitab mağazasından almış Vilfred Voyniçlə bağlıdır. XX əsrin ortalarında kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq laboratoriya araşdırmaları iddiaların yalan olduğunu sübut edib.

Əlyazmada hər şey çox qəribədir. Hər səhifəsində anlaşılmaz rəsmlər var. 234 səhifəlik bu əlyazmanın, təxminən, 10 səhifəsinin itdiyi deyilir. Əlyazmadakı şəkillərdə daha çox qırmızı, mavi, qəhvəyi və yaşıl rənglərdən istifadə edilib. Kitabı analiz edən şəxslər onun 1552-1612-ci illərdə yaşamış Bohemiya kralı II Rudolfun kolleksiyasına aid olduğunu deyiblər. Lakin dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməyib, kitabda nə yazıldığını tapa bilməyiblər.

manuscrito211

Ancaq hər kəsin həmfikir olduğu bir mövzu var. Əlyazma beş bölümdən ibarətdir. İlk və ən geniş bölüm 130 səhifədir. Bu səhifələr botanika sahəsinə aiddir. 26 səhifəlik ikinci hissə astronomiya, üçüncü hissə biologiya , dördüncü hissə isə farmakologiya, yəni dərman maddələrinin orqanizmə təsirindən bəhs edir. 23 səhifəlik son bölümdə isə heç bir rəsm yoxdur, sadəcə hər paraqraf bir ulduz sistemilə işarələnib. Buna görə də bu bölüm haqqında heç kim fikir söyləyə bilmir. Hətta bəziləri bu kitabın ölümsüzlük və Tanrı haqqında olduğunu iddia edib. Deyilənlərə görə, əgər kitabı başa düşsək, ölümsüzlüyün sirrini də tapa bilərik.

Yapon savaş şifrələrini açan amerikalı Uilyam Fredman bu kitabı “Çözülməz” adlandırıb. Nəticədə “Bu iş üçün bütün həyatımı həsr etdim, kitab yazdım. Amma hamısını boş yerə etmişəm” deyib. 2001-ci ildə kompüterdə şifrə qırmaqda mütəxəssis olanlar da bu işdə uğursuzluğa düçar oldular.

 

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır