!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tillerson: “Ümid edirik ki, Ruhani ballistik raketlərin sınaqdan keçirilməsinə qoyacaq”

!Reklam – Yazi

ABŞ-ın dövlət katibi Reks Tillerson İranın yenidən seçilmiş prezidenti Həsən Ruhaninin “terrorçuluğun maliyyələşdirilməsinə” və ballistik raketlərin sınaqdan keçirilməsinə son qoyacağına ümidvar olduğunu bildirib.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi xəbərinə görə, bunu R.Tillerson Ər Riyadda Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cubeyrlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Mən ümid edirəm ki, Ruhani yeni prezidentlik dövründə İranın yaratdığı terror şəbəkəsini dağıdacaq və bu şəbəkənin maliyyələşdirilməsinə son qoyacaq… Biz həmçinin ümid edirik ki, o ballistik raketlərin sınaqdan keçirilməsi proqramına son qoyacaq”, – deyə R.Tillerson qeyd edib.

Qeyd edək ki, ABŞ ballistik raketləri sınaqdan keçirdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib. ABŞ həmçinin İranı Livanın “Hizbullah” hərəkatını, Yəməndəki üsyançı husiləri və Suriyada hökumət qüvvələrini dəstəkləməklə bölgədə sabitliyi pozmaqda ittiham edir.

Yenicag.Az

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv