!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli tələbələr səfirlə "Büyükfırat"da görüşdülər - İftar süfrəsi - FOTOLAR

!Reklam – Yazi

“Büyükfırat” restoranlar şəbəkəsinin Xaqani Ticarət Mərkəzində yerləşən filialında Azərbaycanda təhsil alan türkiyəli tələbələr üçün iftar süfrəsi təşkil olunub.

Yenicag.az xəbər verir ki, iftar süfrəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, onun təhsil üzrə müşaviri Abdulqafur Büyükfırat, Bakıdakı “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi, TUİB sədrinin I müavini Hüseyn Büyükfırat və ölkəmizdə təhsil alan qardaş ölkədən olan tələbələr bir araya gəliblər.

Əvvəlcə qonaqları salamlayan Hüseyn Büyükfıratın özü də Azərbaycanda tələbə həyatını yaşadığını bildirməklə yanaşı, gənclərə yarana biləcək çətinlik zamanı yanlarında olacağını qeyd edib.

Səfir isə öz növbəsində tələbələrin müraciətlərini dinləyib, onların problemləri ilə maraqlandıqdan sonra gənclərə tövsiyələrini çatdırıb:

“Siz bir-birinizə sahib çıxmasanız, başqaları sizə sahib çıxmağa çalışacaq. Sizi öz məqsədləri üçün istifadə etməyə çalışanlara qarşı diqqətli olun. Dövlətinə, millətinə xəyanət edənlərə əsla fürsət verməyin. Biz sonuna qədər dövlətimizə sahib çıxacağıq. Türkiyəni yer üzündən silməyə çalışanlar var. Belələrinə əsla imkan verməyəcəyik”.

İftar süfrəsində çıxış edən tələbələr onları narahat edən mövzuları səfir Erkan Özoral və təhsil müşaviri Abdulqafur Büyükfıratla müzakirə ediblər.

Emin Səfərov
Yenicag.az

COP29

www.yenicag.az

1670
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv