!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan COP29-u uğurla təşkil etdi” – Türkiyə Ali Məhkəməsinin Baş prokuroru – VİDEO

!Reklam – Yazi

“Qardaş Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyası çərçivəsində COP29 Zirvəsini təşkil etməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük maraqla qarşılanıb”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.

“Tədbirə 197 ölkədən 60-70 min nəfər iştirakçı qatılıb. Tədbirdə iqlim dəyişikliyinin yaratdığı qlobal problemlər, o cümlədən sel, quraqlıq, sürüşmə kimi təbii fəlakətlərin insan hüquqlarına təsiri müzakirə edilib. Beynəlxalq iştirakçılar Azərbaycanın bu tədbiri yüksək səviyyədə təşkil etməsini və qonaqpərvərliyini yüksək qiymətləndiriblər.

İqlim problemləri ilə mübarizədə hüquq-mühafizə orqanlarının və ictimaiyyətin maarifləndirilməsinin vacibliyinə toxunulub. İştirakçılar iqlim dəyişikliyi ilə bağlı nəzarətin artırılması üçün hüquqi mexanizmlərdən istifadə edilməsinin və preventiv tədbirlərin görülməsinin zəruriliyini qeyd ediblər. COP29 Azərbaycanın qlobal problemlərin həllində mühüm rol oynadığını və beynəlxalq əməkdaşlığa olan sadiqliyini bir daha nümayiş etdirdi”.

Məsimə Məmmədova

Samir Məcidov

www.yenicag.az

1509
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv