Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş” mövzusunda təlim keçirilib. Bu barədə Yenicag.az-a […]
Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Mercedes” markalı, 77-XX-911 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nuran Fətullayev Lökbatan qəsəbəsi ərazisində saxlanılıb.
Milli Hidrometeorologiya Xidmətinin saat 18:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq martın 3-dən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin kurslarda iştirak etmədən yenilənməsi ilə bağlı müraciətlərin qəbulu “Bakı KOB evi”ndə həyata keçiriləcək.
Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Süni intellekt dövründə media: Yeni çağırışlar” mövzusunda tədbir keçirilib.