Reklam

Reklam

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” ictimai birliyinin təşkilatçılığı ilə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı tədbir keçirilib.

Yenicag.Az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ötən il baş verən xain çevriliş cəhdini Türkiyənin bu günə qədər məruz qaldığı ən böyük xəyanətlərdən biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, 15 iyul hadisələri zamanı silahlar günahsız insanlara qarşı tuşlanıb. Nəticədə, 250 vətəndaş şəhid olub, 2000-dən çox insan isə yaralanıb:

“Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək, öz gələcəyinə sahib çıxdı”.

Diplomat Azərbaycanın həmişəki kimi 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və buna görə də Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edib.

Tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli Türkiyə xalqının prezidentinin ətrafında sıx birləşərək, mənfur qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədiyi vurğulayıb:

“Türk xalqı ortaya qətiyyətli mövqe qoydu. Azərbaycan xalqı 1994-1995-ci illərdə ulu öndərin çağırışı ilə çevrilişlərə “yox” dediyi kimi, türk xalqı da baş verən çevrilişə “yox” deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu sübut etdi”.

Tədbir millət vəkilləri, QHT təmsilçiləri və digər ictimaiyyət nümayəndələrinin çıxışları ilə davam edib.

Yenicag.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 315
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."