17 ölkə rus diplomatlarını ərazisindən çıxarır – Yenicag.Az

Reklam

Reklam

ABŞ, Kanada və Avropa İttifaqı ölkələri ilə yanaşı, daha bir neçə dövlət Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar rus doplomatlarını ərazisindən çıxarır.

Yenicag.az xəbər verir ki, daha 12 rus diplomatı BMT yanındakı nümayəndəlikdən qovulacaq.

Ümumilikdə 106 rusiyalı diplomat həftə ərzində iş yerini tərk etməlidir.

“Skripal işi” ilə əlaqədar rus diplomatlarını ərazilərindən çıxaran dövlətlər bunlardır: Böyük Britaniya (23 rus diplomatını qovub), ABŞ (48 diplomat və BMT missiyasının 12 əməkdaşını ərazisindən çıxarır), Ukrayna (13 diplomat), Fransa (4 diplomat), Polşa (4 diplomat), Kanada (səfirliyin və baş konsulluğun 4 əməkdaşı), Litva (3 diplomat, o cümlədən 2 hərbi attaşe), Danimarka (2 diplomat), İtaliya (2 diplomat), Hollandiya (2 diplomat), Almaniya (4 diplomat), Çexiya (3 diplomat), Estoniya (hərbi attaşe), Latviya (1 diplomat və “Aeroflot”un 1 əməkdaşı), Finlandiya (1 diplomat), Rumıniya (1 diplomat), Xorvatiya (1 diplomat).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 674
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."