Son günlər “Fastfud” yeməklərindən sayılan dönərdən zəhərlənmələrin sayı artır. Elə ötən gün Zaqatalada dönərdən zəhərlənən insanların sayı artıq 40-a çatıb. Bu hadisə dönərin içində istifadə olunan məhsulların keyfiyyəti ilə bağlı olan məsələni bir daha gündəmə gətirib.