“Azərbaycan tərəfi dəfələrlə Ermənistana sülh prosesi çərçivəsində sülh sazişinin imzalanması ilə bağlı təkliflər irəli sürüb. Bu təkliflər kifayət qədər ədalətli olub, baxmayaraq ki, Azərbaycan qalib dövlətdir və kapitulyasiya aktına imza atmış, eyni zamanda, 30 il ərzində torpaqlarını işğalda saxlamış bir ölkə ilə qarşı-qarşıyadır...”