Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

249 ədəd partlamamış hərbi sursat, 6 ədəd tank əleyhinə mina aşkarlanıb - FOTO

ANAMA 2019-cu ilin İyul ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə bildirilib ki, 2019-cu ilin iyul ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Qazax, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 1 066 491 m² (106,65 ha) ərazi yoxlanılmış, 249 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd tank əleyhinə mina (cəmi: 255 ədəd) aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 467 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 536 038 420 m² (53 603,84 ha) ərazi təmizlənmiş, 803 953 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

İyul ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 12 (on iki), Dövlət Sərhəd Xidmətindən (DSX) – 2 (iki) və Rayon Polis Şöbəsindən (RPŞ) – 1 (bir) müraciət daxil olmuşdur (cəmi: 18 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və BP Azərbaycan şirkətinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağcabədi, Ağstafa, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 2 655 kv.m ərazi yoxlanılmış, 44 ədəd partlamamış hərbi sursat (PHS) və 6 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilmişdir.

www.yenicag.az

376
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100