Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"25 il Ağdamsız olar?" - Fariz Məmmədov

Reklam: High Technic

Bu gün Ağdamın Ermənistan ordusu tərəfindən işğalından 25 il ötür.

Yenicag.az-a açıqlama verən Azərbaycanın peşəkar boks üzrə ilk dünya çempionu Fariz Məmmədov Ağdamsızlıqdan danışıb.

Ağdamda doğulan, 12 yaşında əlinə silah alıb torpaqlarımızın müstəqilliyi uğrunda savaşan Məmmədov müharibə illərini yada salanda çox pis olduğunu deyib:

“Əslində bu barədə yadıma nəsə düşəndə çox pis oluram, qanım qaralır. Demək olar ki, həmin günüm çox pis keçir. Əsgərlər məni qızğın döyüş gedən yerlərdən qoruyurdular, qoymurdular gedəm. İndiyənə kimi yadımdadır. Ən çətin post 5-ci post idi. Ermənilərlə məsafə çox az idi. Qışqıra-qışqıra bir-birimizlə danışa bilirdik. Qardaşım məni ora aparmışdı. Birdən orda bərk atışma düşdü. Qrantamyotla postu vurdular. Aləm bir-birinə dəydi. Qardaşım məni maşına oturdub, 1-2 km aralıya göndərdi. Getməmişdəm öncə tankın, BTR-in üstünə çıxıb əsgərlərlə döyüşə getmək istəyirdim. Amma məni batalyona geri göndərdi. Batalyona çatanda öyrəndim ki, həmin texnikaları vurublar, ekipaj üzvləri şəhid olub.

Mən uşaq deyiləm. Həyatın hər üzünü görmüşəm. Bilirəm ki, bu, tək ermənilərin işi deyildi. Biz onlardan qat-qat güclüyük. Sadəcə, bir şeyə görə utanıram ki, 25 ildir doğma Ağdamsızam. Hər il sosial şəbəkələrdə Ağdamsızlığın ili ilə bağlı paylaşımlar edirlər. 25 il Ağdamsız olar? Allah bizə tez bir zamanda Qarabağımızı geri qaytarmağı nəsib etsin”.

Emin Səfərov

www.yenicag.az

3426
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS