!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3+3 formatına qarşı “QAFQAZ EVİ” İDEYASI: “Bu məsələdə böyük dövlətlərin dəstəyini almaq...”

!Reklam – Yazi

“Hazırda Cənubi Qafqaz regionunun kimin “orbit”ində olacağı da düşündürücü və çox ziddiyyətli məsələdir”.

Bu fikirləri Cənubi Qafqazda cərəyan edən son proseslər fonunda 3+3 (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) formatının aktuallıq dərəcəsini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, mövcud şəraitdə 3+3 formatının effektli olacağını düşünmək üçün ciddi əsas yoxdur:“Əgər bu format baş tutarsa, İran nə qədər səmimi olacaq? Gürcüstan sona qədər davam edə biləcəkmi? Çünki Gürcüstan böyük layihələr üzrə ixrac marşrutlarının başqa ölkələrin ərazisindən keçməsində maraqlı deyil. İran öz ərazisindən malları buraxmaqla, tranzit ölkə qismində xeyli gəlir əldə edir.

Deyək ki, Gürcüstanı hansısa bir formada yola gətirmək olar. Ancaq İran necə olacaq, bu bəlli deyil. Çünki Tehran mövqeyini tez-tez dəyişir. Rusiya da, İran da Qərbin sanksiyaları altındadır. Gələcəkdə böyük güclər tərəfindən həmin ölkələrlə bağlı yeni qərarlar qəbul ediləcəksə, bu bizə necə təsir göstərəcək? Bütün bunlar düşündürcü məsələlərdir.

Lakin 3+3 formatı baş tutarsa və üzv ölkələr səmimi olarsa, bölgədə ciddi sabitlik yaranar. Digər tərəfdən, 3+3 formatının əməkdaşlıq üçün yeganə platforma kimi seçilməsi də riskli addım olardı. İndiki halda minimum nəticə üçün bu formatdan istifadə etməyə dəyər. Yəni ən azı regionda mümkün kataklizmləri əyləcləyici faktor kimi bundan istifadə edilə bilər.

Yenə o fikrimi vurğulamaq istərdim ki, 3+3 formatının perspektivinə o qədər də inanmıram. Fikrimcə, bu çərçivədə ən uyğun variant “Qafqaz Evi” ideyasıdır. Bir çoxları Ermənistanın oradakı mövcudluğunun yeni problemlərə yol açacağını düşünə bilər. Hesab edirəm ki, Ermənistan Rusiyadan “qopduqdan” sonra istəsə də region üçün yeni problemlər yarada bilməz. “Qafqaz Evi” ilə bağlı böyük dövlətlərin də dəstəyini almaq mümkündür. Hazırda Qafqaz regionunun kimin “orbit”ində olacağı da düşündürücü və çox ziddiyyətli məsələdir”.

Səxavət Məmməd

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv