Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

9 günlük bayram tətilinin FƏSADLARI: “Həm dövlətə, həm də sahibkarlara böyük zərər dəydi” - Keçmiş deputat

“Sosial və sanitar şərtlərin qorunması şərtilə, metro və ictimai nəqliyyatın fəaliyyəti açıq olmalıdır”.

Bu fikirləri Novruz bayramı günlərində 9 günlük qeyri-iş gününün ölkə iqtisadiyyatına təsirlərini dəyərləndirən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, 9 gün ərzində ictimai nəqliyyatın işləməməsi dövlətlə yanaşı, sahibkarlar üçün ciddi itkilərə səbəb olub:

“İqtisadiyyat Nazirliyinin hesablamasına görə, pandemiya dövrü təqribən 1 gündə ölkə iqtisadiyyatına 150 milyon manat zərər vurur. Bu rəqəmdən çıxış etsək, 9 qeyri-iş günü ərzində Azərbaycan iqtisadiyyatına kifayət qədər ziyan dəyib.

Əslində, bunu ziyan deyil, əldən çıxmış mənfəət kimi dəyərləndirmək olar. Çünki ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə müxtəlif sahibkarlar iş yerlərinin fəaliyyətini dayandırdılar.

Eyni zamanda, iqtisadi fəallıq və xidmətlərin səviyyəsi aşağı düşdü. Dövriyyə azaldıqca, gəlirlər də azalır. Bu konteksdən yanaşsaq, vətəndaşların və şirkətlərin itkiləri oldu. İqtisadi fəallığın azalması və məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi fonunda dövlətin maddi itkiləri yetərincə çoxdur”.

İqtisadi fəallığın stimullaşdırılmasına ehtiyac olduğunu bildirən Nazim Bəydəmirli hesab edir ki, alternativ variantlara əl atmaq zəruridir:

“Sosial və sanitar şərtlərin qorunması şərtilə, metro və ictimai nəqliyyatın fəaliyyəti açıq olmalıdır. Qapanmalar virusun yayılması sürətini heç də azaltmır. Əksinə, qapanmalar virusa yoluxma sayını daha da çoxaldır.

Operativ Qərargahın qəbul etdiyi qərarlar vəziyyəti gülməli həddə çatdırıb. Ona görə də vətəndaşlar qurumların qərarlarına və açıqlanan statistikaya şübhə ilə yanaşırlar”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

390
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100