Reklam: High Technic
hightechnic

Abituriyentlərin nəzərinə: Qeydiyyat başladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən Yenicag.az-a daxil olan xəbərə görə, sınaq imtahanında iştirak etmək istəyənlər 22 dekabr saat 17:00-dək DİM-in internet saytında (http://eservices.dim.gov.az/elimt/ResSinaqQeyd) qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı 23 dekabr 2017-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.

 

www.yenicag.az

1078