!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-da iğtişaşlar DAVAM EDİR: 200-dən çox ticarət və iaşə obyekti talan edildi

!Reklam – Yazi

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində afroamerikalının həlak olmasına etiraz əlaməti olaraq keçirilən iğtişaşlar nəticəsində 200-dən çox bina, ictimai-iaşə obyektləri dağıdılıb və talan edilib.

Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Minneapolis Star Tribune” qəzeti məlumat verib.

Məlumata görə, binaların əksəriyyəti baş verən yanğınlar nəticəsində tamamilə yararsız hala düşüb.

Aksiya nəticəsində aptek, supermarket, geyim mağazaları, bərbərxanalar, yanacaqdoldurma məntəqələri, avtomobil təmiri sexləri, restoranlar daha çox zərər görüb.

Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili vətəndaş Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis dizini C.Floydun boynuna basaraq afroamerikalını boğaraq öldürüb. Bundan dərhal sonra isə hadisənin baş verdiyi Minneapolisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilir.

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv