Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

ABŞ-dan Rusiyaya qarşı ağır hücum - Konsulluq binası işğal edildi - Skandal

ABŞ ilə Rusiya arasında növbəti krizisin təməli atıldı. Yenicag.az xəbər verir ki, ABŞ xüsusi xidmət orqanları Rusiyanın San Fransiskodakı baş konsulluğuna hücum edib.

Konsulluq işçilərinin verdiyi məlumata görə, xüsusi xidmət orqanları binaya zorla daxil olaraq, axtarış aparıblar. Bu zaman binanın qapı və pəncərələri də qırılıb.

Konsulluq bu addımın düşmənçilik xarakteri daşıdığını və ölkəsinin buna adekvat cavab addımı atacağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də bəyanatında “Bütün xəbərdarlıqlarımıza rəğmən ABŞ rəhbərliyi hüquqa zidd addımdan əl çəkmədi. Rusiyanın San Fransiskodakı bütün binaları tamamilə işğal edildi” cümlələrinə yer verib.

Rusiya XİN-i ABŞ-ın bu addımı ilə öz təmsilçiliklərini təhlükəyə atdığını da vurğulayıb.

Qeyd edək ki, diplomatik korpusun yerləşdiyi ərazi o ölkəyə məxsus sayılır.

www.yenicag.az

7582
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM