Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

ABŞ-dan terrorizmə böyük dəstək - 2,2 milyardlıq silah

“Amerikan Foreign Policy” jurnalında yayımlanan iddiaya görə, ABŞ, Suriyada İŞİD-lə mübarizə çərçivəsində YPG və ona bənzər terror təşkilatlarını 700 milyon dollarlıq silahla təmin edib.

Yenicag.az xəbər verir ki, bu iddianın əsl müəllifləri müstəqil qurumlar olan “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə” və “Balkan Araşdırmaçı-Jurnalistlər Şəbəkəsi”dir.

Hər iki qurumun hesabatlarına görə, Pentaqon İŞİD-lə mübarizə çərçivəsində aralarında YPG-nin də olduğu qruplara ümumi dəyəri 2,2 milyard dollara çatan silah verməyi planlaşdırır. ABŞ-ın yardımı kağız üzərində hüquqi qaydalara uyğun formada təşkil edilsə də, beynəlxalq normalar nəzərə alınmayıb. Belə ki, silahların göndəriləcəyi yerin adı (Suriya) rəsmi sənədlərdə göstərilməyib. Plan uğurla başa çatdırılarsa, silah ticarətinə beynəlxalq nəzarət zəifləyəcək. Bu isə qanunsuz silah alverinə zəmin yaradacaq.

www.yenicag.az

536
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM