Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“ABŞ-ın Azərbaycana yeni səfir namizədi İranla müharibə ehtimalının artdığını göstərir” – Hikmət Hacızadə

Reklam: High Technic

“Amerika ölkənin hərbi dairələri ilə bağlılığı olan diplomatı Azərbaycan səfir göndərirsə, bu, ciddi əlamətdir”.

hikmet

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın Azərbaycana göndəriləcək yeni səfir qismində İrli Litsenbergerin namizədliyini irəli sürməsinə münasibət bildirən Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə deyib.

Hikmət Hacızadəyə görə, əgər Litsenbergerin namizədliyi Azərbaycana rəsmən təqdim olunarsa, o halda Bakının bununla razılaşmasında problem yaranmayacaq:
“İrli Litsenberger haqqında geniş məlumatım yoxdur. Sadəcə, mətbuatdan bunu bilirəm ki, Dövlət Departamentində hərbi məsələlər üzrə Büroda işləyir.

Onun ABŞ hərbi dairələri ilə bağlılığı iddia olunduğu qədər ciddidirsə, bu, çox ciddi əlamətdir. Yəni Amerika İranla həmsərhəd olan Azərbaycana Litsenberger kimi diplomatı göndərməyə qərar veribsə, deməli, ABŞ-ın İranla müharibəyə başlamaq niyyəti zarafat deyil.

Amerikanın öz prioritetləri və planları var. Kadrları, o cümlədən, müxtəlif ölkələrə göndərdiyi səfirləri də həmin planlara uyğun qaydada seçir. Ona görə belə düşünürəm ki, Litsenbergerin Azərbaycana səfir göndərilməsi qərarı ABŞ-ın İranla müharibə ehtimalını artırır.

Azərbaycana gəldikdə, məncə, Bakı bu namizədliyin əleyhinə çıxmayacaq. Yəni hansısa yeni səfirin namizədliyini rədd etmək üçün tutarlı səbəb olmalıdır. Litsenbergerlə bağlı belə səbəbin olub-olmadığını bilmirəm”.

Qeyd edək ki, hazırda ABŞ Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda baş müşavir postunu tutan İrli Litsenbergerin Azərbaycana səfir qismində namizədliyinin irəli sürülməsi haqqında xəbəri “Turan” İnformasiya Agentliyi yayıb.

A.Zeynalov

www.yenicag.az

540
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS