Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Miqrantlarla bağlı ABŞ-Meksika gizli anlaşması: Tramp təsdiq, Obrador isə inkar edir - FOTO

ABŞ-la Meksika arasında gizli anlaşmanın imzalanması barədə xəbərə Vaşinqton və Mexikodan əks reaksiyalar bildirilib.

Yenicag.az TRT-Haber-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp miqrant axınına qarşı Meksika ilə gizli anlaşma əldə edildiyini açıqlayıb. ABŞ-la gizli anlaşmanı təkzib edən Meksika prezidenti Andres Obrador qeyd edib ki, aclıqdan və yoxsulluqdan əziyyət çəkən köçkünlərə yardım əli uzadılmalıdır.

Meksika anlaşma iddialarını inkar etsə də, rəhbərlik ölkənin Qvatemala ilə sərhədinə 6 min əsgər yerləşdirməyi planlaşdırır. Obradornun təkzibindən sonra ABŞ prezidenti Donald Tramp sözügedən müqavilənin surətini jurnalistlərə göstərib və həmin sənədin fotosu çəkilib.

Müqavilədə Amerikada sığınacaq tələb edən miqrantların Meksikada saxlanılması və bununla da Meksikanın “təhlükəsiz 3-cü ölkə” statusu qazanmasına dair müddəalar yer alıb.

Pərviz

www.yenicag.az

2552
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM