!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtondan daha bir DEMARŞ: “Onların “Dağlıq Qarabağ” məfhumunu gündəlikdə saxlamaları...”

!Reklam – Yazi

“BMT-də qəbul olunan o dörd qətnamənin heç birində Ermənistan işğalçı dövlət kimi göstərilməyib”.

Bu fikirləri ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ”la bağlı absurd dinləmələrin keçirilməsinə münasibət bildirən professor Məhərrəm Zülfüqarlı  Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, böyük dövlətlər regional münaqişələri öz maraqlarına uyğun qaydada idarə etməyə çalışırlar:

“Cənubi Qafqaz regionunda Rusiyanın mövqeyinin zəiflədiyini görən ABŞ və bir sıra Avropa ölkələri Ermənistanla Azərbaycan arasında olan münaqişənin həllində yox, qalmasında daha maraqlıdırlar. Buna səbəb isə münaqişəni istədikləri kimi idarə edib regionda öz təsir imkanlarını qorumaqdır.

Maraqlı faktı sizinlə bölüşmək istəyirəm. Azərbaycan erməni işğalına son qoymaq üçün BMT Təhlükəsizlik Şurasında qəbul edilən dörd məlum qətnamənin yerinə yetiriləcəyi günü təqribən 30 il gözlədi. Lakin o qətnamələrin niyə yetirilmədiyi barədə heç kimin ağlında sual yaranmadı.

ATƏT-in beş üzvü Azərbaycana qarşı riyakarlıq edib. İndiyə qədər bunu ölkəmizdə səsləndirən olmayıb. Qəbul olunan həmin dörd qətnamənin heç birində Ermənistan işğalçı dövlət kimi göstərilməyib. Demək ki, bu qətnamələrin hər biri Azərbaycanın əleyhinə imiş.

Ortaya maraqlı sual çıxır: Nə mənada əleyhinədir? Qətnamələrin hər birində tərəf kimi qəbul edib danışıqlar aparmalı olduğumuz Ermənistan yox, “Dağlıq Qarabağ” qeyd olunub. Bu isə “Dağlıq Qarabağ”ı Azərbaycana tanıtdırmaq cəhdi idi. Əgər Azərbaycan bunu etsəydi, o zaman qondarma rejimi bütün dünya tanıyacaqdı. Belə olduğu halda isə işğal altında olan ərazilərimiz tamamilə itiriləcəkdi.

Böyük dövlətlərin iç üzü budur. Hazırda da demokratiya pərdəsi altında oyunlar oynanılır. Azərbaycan nə qədər güclü dayansa, o qədər öz haqlarını müdafiə edəcək. Azərbaycan güclü dövlətdir və Türkiyə kimi qüdrətli müttəfiqi var. Bu səbəbdən, qəbul olunan qətnamələr, səsləndirilən bəyanatlar Azərbaycanın güclü siyasəti qarşısında heç olacaq. Azərbaycan gücü ilə artıq hər kəs hesablaşacaq və haqlı mövqeyimizə qarşı çıxa bilməyəcəklər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv