Reklam: High Technic
hightechnic

Acundan “O ses Türkiyə” ilə bağlı şok qərar

Türkiyənin TV8 kanalının sahibi, məşhur aparıcı Acun Ilıcalı “O ses Türkiye”dən getməyə hazırlaşır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Acun iş rejiminin həddən artıq gərgin olduğunu bildirərək, gələn il “O ses Türkiye” verilişində aparıcılıq etməyəcəyini deyib:

“Meksika və Braziliyada yeni işlərimiz olacaq. Həftənin cəmi 4 günü Türkiyədəyəm. Tez-tez Dominikana gedirəm. Ola bilər ki, verilişi gələn il Gökhana əmanət etdim.”

Qeyd edək ki, Gökhan artıq bir neçə ildir ki, “O ses Türkiye”də münsif kimi fəaliyyət göstərir.

www.yenicag.az

6.8 K