!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adil Qeybulla Tofiq Yaqublunu müayinə edəcək

!Reklam – Yazi

Penitensiar Xidmət həkim Adil Qeybullanın Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.

Yenicag.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.

Qeyd edək ki, Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib.

Tofiq Yaqublu həbsinə etiraz əlaməti olaraq artıq 10-cu gündür aclıq aksiyası keçirir. Ailəsi onun durumunun yaxşı olmadığını bildirir./Qaynarinfo/

 

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv