!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağdamda "yezidlik": Sakinlərə çirkab su verilir - FOTOLAR

!Reklam – Yazi

Ağdam rayon Alıbəyli-2 qəsəbəsində içməli su borusu partlayıb. Nəticədə əhaliyə verilməli olan su küçəyə axır.

Qəsəbə sakinlərinin Yenicag.az-a verdiyi məlumata görə, 1 aydan çoxdur ki, içməli su boruları partlayıb, ancaq təmir edilmir.

Sakinlərin sözlərinə görə, su borularının təmir edilməsi üçün “Azərsu” ASC-nin qaynar xəttinə və Ağdam Su-Kanal İdarəsinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, yaranmış problem öz həllini tapmayıb.

Qəsəbə sakinləri bildiriblər ki, boru partladığı üçün yerin üstündə çirkab suyla dolu gölməçələr əmələ gəlib. Suyun verilişi dayandığı zaman yaranmış həmin çirkab su boruya dolur. Beləliklə, insanlara içməli su əvəzinə çirkab su verilir.

Bundan əlavə, qəsəbədə su xətlərinin dəyişdirilməsi zamanı yollar da qazılıb və torpaq kənara tökülüb. Bu da qəsəbədə yol problemi yaradıb.

Məsələ ilə bağlı Ağdam rayon Su-Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, problemdən xəbərləri var. Ancaq mövcud problemin nə zaman aradan qaldırılacağı sualı açıq olaraq qalır.

Səxavət Məmməd

www.yenicag.az

3573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv