Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ağdərəyə 40 sm qar yağdı - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 17-si gündüzdən 18-i səhərədək ölkə ərazində müşahidə olunmuş faktiki hava ilə bağlı məlumatı açıqlayıb.

Nazirliyin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qar və qara keçib, bəzi şərq rayonlarında intensiv olub. Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub.

www.yenicag.az

3542
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100