!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağsaqqal professorun yeni kitabı təqdim edildi – Fotolar

!Reklam – Yazi

Xalq Cümhuriyyəti (AXC) tarixinin yorulmaz tədqiqatçısı, professor Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının III cildinın təqdimatı keçirilib.

Yenicag.Az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) təşkil olunan təqdimat mərasimində millət vəkilləri, alimlər, media təmsilçiləri iştirak ediblər.

Şirməmməd Hüseynovun sözügedən kitabı ilə bağlı danışan Mətbuat Şurasının sədri, parlamentin deputatı Əflatun Amaşov bildirib ki, hər birimiz qürur yerimiz olan Cümhuriyyətimizlə fəxr etməliyik. Millət vəkili qeyd edib ki, professorun araşdırmaları, tədqiqatlarının yer aldığı kitablar böyük institutların gördükləri işlərlə müqayisə oluna bilər.

Amaşovun sözlərinə görə, “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabı sadəcə, parlamentin fəaliyyəti barəsində dolğun təsəvvür yaradan hesabat toplusu yox, o dövrün ictimai-siyasi həyatını böyük mənada əks etdirən sanballı əsərdir.

Daha sonra çıxış edən millət vəkilləri Rəfael Hüseynov, Bəxtiyar Sadıqov, Nizami Cəfərov və Fazil Mustafa və Solmaz Tohidi Rüstəmova “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının əhəmiyyəti haqqında ətraflı danışıblar.

Çıxışlardan sonra söz alan professor Şirməmməd Hüseynov təşkil edilən təqdimat mərasimi və müəllifi olduğu kitaba verilən qiymətə görə təşəkkürünü bildirib.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv