!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ağstafada 20 ədəd partlamamış hərbi sursat aşkarlandı

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Torpağın altında digər sursatların olmasını, hava şəraitinin yağıntılı və küləkli davam etməsini nəzərə alaraq əməliyyat-axtarış tədbirlərinin 29 yanvar 2018-ci il tarixində davam etdirilməsi nəzərdə tutulur.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar–26 yanvar 2018-ci il tarixlərində Ağdam, Ağstafa, Tərtər, Qazax, Naftalan, Goranboy, Lənkəran rayonları və Sumqayıt şəhəri ərazisində 4 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 3 otlaq sahəsinə, su kanalına, RPŞ-nin inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilib, 52 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilmiş, 9 040 kv.m ərazi yoxlanılıb.

www.yenicag.az

1236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv