Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Aİ-nin Bakı nümayəndəliyi hekayə və foto müsabiqələrinin qaliblərini mükafatlandırıb

Avropa İttifaqının Bakı nümayəndəliyi media layihələrinin başlanmasını qeyd etmək üçün tərəfdaşlarını və dostlarını bir araya gətirib.

APA-nın məlumatına görə, tədbirdə hekayə və foto müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Mart ayı boyunca Aİ-nın maliyyələşdirdiyi “EU NEIGHBOURS east” layihəsi Şərq Tərəfdaşlığı ölkələri olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan gənclər üçün “#EUaroundU – Hekayəni danış!” müsabiqəsini keçirib. Gənclər Aİ-nın onların şəxsi həyatına və ya icmasına göstərdiyi təsirdən bəhs edən hekayələrini yazıblar. Müsabiqədə birinci yeri tutan Sara Rəcəbli Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak etmək üçün 22-23 iyun tarixlərində Polşaya səfər edəcək.

May ayında Aİ nümayəndəliyi “Azərbaycanda Avropanı tap!” foto müsabiqəsini keçirib. İştirakçılar Aİ və ya Avropa ilə aydın əlaqəni göstərən Azərbaycanda çəkilmiş şəkilləri qısa məlumatla birgə göndəriblər. Aİ nümayəndəliyi üç qalibə sertifikat və müxtəlif dəyərdə olan kameralar hədiyyə edib.

Yenicag.az

www.yenicag.az

344
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM