!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gənclər və İdman nazirliyində KADR İSLAHATLARI: Növbə “Gənclər evləri”nə çatdı

!Reklam – Yazi

“Gənclər və idman naziri Fərid Qayıbov nazirlikdə kadr islahatlarını davam etdirir. Regional Gənclər və İdman İdarələrinin yaradılması qərarı ilə onsuz da bir çox rayonların yerli idarələrinin rəisləri vəzifələrini itirəcəyi günü gözləyir. Ancaq nazir bununla kifayətlənmir. Gənclər və İdman nazirliyində kadr islahatları dalğası indi də yerlərdə fəaliyyət göstərən” Gənclər evləri” Sosial Xidmət Müəssisələrinə(SXM) çatıb. Yaxın günlərdə bir çox şəhər və rayonun Gənclər evlərinin rəhbərləri vəzifələri ilə vidalaşacaqlar”.

Yenicag.az xəbər verir ki, bu barədə Editor.az-a məlumat verən mənbənin iddiasına görə, nazirin yollarını ayırmaq istədiyi SXM rəhbərləri arasında Bakı “Gənclər Evi”nin direktoru Nərgiz Babayeva, Binəqədi “Gənclər Evi”nin direktoru Günel Həsənova, Xəzər “Gənclər Evi”nin müdiri İnarə Eyyubova, Balakən “Gənclər Evi”nin direktoru Tale Şahverdiyev, Göygöl “Gənclər Evi”nin direktoru Şəhriyar İsmayılzadə, Zərdab “Gənclər Evi”nin direktoru Jalə Kərimli, Mingəçevir “Gənclər Evi”nin direktoru Tural Kərimov, Sabirabad rayon Gənclər evinin direktoru Rəşad Qurbanov və bir sıra digər şəxslər var.

Məlumatlı mənbənin iddiasına görə, nazir artıq bu şəxslərlə bağlı qərar qəbul edib və yaxın günlərdə ictimaiyyətə elan ediləcək.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv