Reklam: High Technic
hightechnic

Alimlərə şad xəbər

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 mart tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları ilə bağlı yeni cədvəli təsdiqləyib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları sxeminə əsasən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 və 17-ci dərəcələr üzrə müvafiq olaraq məvaciblər 167 manat, 116 manat, 107 manat, 80 manat, 77,5 manat, 75 manat, 64 manat, 47 manat, 44 manat, 41 manat, 37 manat, 34 manat, 25 manat, 17,5 manat, 15,5 manat, 15 manat və 13 manat artırılıb.

Bununla da, AMEA-nın prezidentinin aylıq vəzifə maaşı 1837 manat, AMEA-nın 1-ci vitse-prezidentinin 1276 manat, AMEA-nın vitse-prezidentinin, akademik katibinin 1177, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik katibinin 880, İdarə rəisinin 853, AMEA-nın Rəyasət Heyətinin elmi katibinin, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin 825, İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin 704, Qeyri-əsas şöbənin rəisinin 517, Qeyri-əsas şöbənin rəisinin müavininin, AMEA-nın vitse-prezidentinin köməkçisinin 484, Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin 451, Aparıcı mütəxəssisin 407, mütəxəssisin 374, arxiv müdiri, təsərrüfat müdirinin 275, Böyük arxivçi, böyük inspektor, sürücünün 193, Arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun 180, Texnik, komendant, laborantın 170, Bağban, gözətçi, dülgər, rəngsaz, təmirçiçilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin aylıq vəzifə maaşı 165 manat təsdiqlənib.

Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.

 

www.yenicag.az

774