Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Almaniya-Azərbaycan birgə Proqramının 10 ili tamam olur

Azərbaycan sahibkarlarının beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədilə İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın fəaliyyətə başlamasından 10 il ötür. 2009-cu ildən icra olunan proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GIZ).

KOBİA-dan Yenicag.az-a bildirilib ki, noyabrın 28-də Azərbaycan və Almaniya rəsmilərinin, proqramdan yararlanmış sahibkar və menecerlərin iştirakı ilə menecerlərin ixtisasının artırılması proqramı üzrə idarəetmə komitəsinin iclası keçirilib. Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkələrimiz arasında iqtisadi əməkdaşlığa, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.

Sonra KOBİA-nın və GIZ-in nümayəndələri Azərbaycan və Almaniya tərəfinin proqrama dair hesabatlarını təqdim ediblər. Qeyd olunub 10 il ərzində proqramdan 422 sahibkar və menecer yararlanıb ki, onlardan 88-i qadındır. Əlliyə yaxını KOB-lar olan proqram çərçivəsində 2009-2019-cu illərdə 60-dan çox tədbir, təlim, seminar və tanışlıq səfərləri təşkil olunub. Proqramda iştirak edənlərin 44 faizi xidmət, 26 faizi istehsal, 23 faizi ticarət, 7 faizi isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə ikitərəfli əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.

İclasda proqramın məzunları – müxtəlif şirkətlərdə fəaliyyət göstərən menecer və sahibkarlar təqdimatlarla çıxış edərək proqramın onların biznes fəaliyyətinə müsbət təsirləri barədə fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin proqrama və gələcək əməkdaşlığa dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

www.yenicag.az

311
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100