Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Altı tələbə Misirdə itkin düşüb

Qazaxıstanlı tələbələr Misirdə itkin düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, onların 22-24 yaşında olduqları bildirilir.

Qazaxıstan Universitetinin iki magistri dil kurslarında təhsil almaq üçün iyulun 11-də Qahirəyə gəlib.

Onlar həmin ali təhsil müəssisəsində təhsil alan dörd həmyerliləri ilə eyni mənzildə yaşayıblar.

İyulun 20-da tələbələrlə qohumları arasında əlaqə kəsilib.

Misirdəki qazaxıstanlı diplomatlar tələbələrin axtarışına başlayıb.

Qazaxıstanın Misirdəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə müraciət edərək tələbələrin tapılmasına kömək edilməsini istəyib.

Tələbələrin yoxa çıxmaları ilə bağlı bir neçə versiya nəzərdən keçirilir.

Yenicag.az

www.yenicag.az

664
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100