!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMB-nin qayda DƏYİŞİKLİYİ: "Banklarda kredit faizləri həddindən artıq çoxdur"

!Reklam – Yazi

Mərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib. Dəyişiklik bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib ki, bank sektorundakı boşluqlar iqtisadi inkişafa əngəl olur:

“Ötən ilki göstəricilərlə müqayisədə bu il 13 faiz bank filialı açılıb. Yəni bank filiallarının sayı 480 olub. İlin əvvəllində 12 filialın bağlanması isə texniki problemlərlə bağlıdır. Bu gün ölkədə bank sektorunun fəaliyyəti inkişaf etməkdədir. Əhalidən yığılan depozitlərə və kredit portfelinə əsasən artım müşahidə olunur. Kredit portfelində artımda istehlak kreditlərinə olan tələbat daha üstündür. Əslində, bunu müsbət hal kimi dəyərləndirmək olmaz. Çünki bu artım əhalinin daha çox borclandığını göstərir. İnflyasiyanın artmasında bu amilin rolu qaçılmazdır.

Təəssüf ki, bu gün bank sektorunda inhisarçılıq meyilləri var. Bəzi banklar əhalidən depozitləri aşağı qiymətlə yığsa da, kreditləri daha yüksək faizlə verir. Halbuki həmin bankların yetərincə artıq vəsaitləri var. Bir çox hallarda biznes kreditləri adı ilə istehlak kreditlərinin verilməsi müşahidə olunur. Bu, ölkədə pul kütləsinin artırılmasına və inflyasiyanın yaranmasına səbəb olur. Ümumiyyətlə, banklarda kredit faizləri həddindən artıq çoxdur.

Bu gün Mərkəzi Bankın həyata keçirdiyi tənzimləmə prosesi bankların daha da təkmilləşdirilməsinə və fəaliyyətinin inkişafına yönələcək. Nəticədə hədəfləri çox olan kreditlərin verilməsinə imkan yaradacaq”.

Gülşən Şərif

www.yenicag.az

840
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv