Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Angela Merkel Rusiyaya niyə nifrət edir? - ŞOK SƏBƏB

Almaniyanın baş naziri Angela Merkellə bağlı maraqlı fakt açıqlanıb.

Yenicag.az xəbər verir ki, söhbət onun Rusiyaya nifrət hissinin haradan qaynaqlanmasından gedir.

Xarici KİV-in iddiasına görə, Merkel uşaq olarkən Sovet əsgəri onun velosipedini oğurlayıb.

Bu barədə Rusiya Dəmiryolları İdarəsinin sabiq rəhbəri Vladimir Yakunin “Hiyləgər dəmiyrolu” adlı kitabında bəhs edib. Merkelin Şərqi Almaniyada anadan olduğuna işarə edən müəllif bunları qeyd edib:

“Merkel rusca yaxşı danışır. Amma Rusiyadan gələn qonaqlarla görüşlərində həmişə tərcüməçidən yararlanır”.

Merkelin Rusiyanı niyə sevmədiyinə aydınlıq gətirməyə çalışan Yakunin daha sonra yazır:

“Merkel ilə görüşümüzdə o, məni qapının yanında salamladı və dərhal rusca danışmağa başladı. Mənə bunları dedi, “Cənab Yakunin, siz haqlısınız. Mən doğrudan da rusca danışmaqdan qorxuram. Uşaq olarkən bir Sovet əsgəri mənim velosipedimi oğurlamışdı. O gündən bu yana mən ruslara qarşı pis hesab olunacaq hisslər daşıyıram”.

Loading...

www.yenicag.az

2386
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100