!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ankara ABŞ-ın İran sanksiyasına qoşulmaq təklifinə “yox” deyir” - Ekspert

!Reklam – Yazi

“Türkiyənin ABŞ-ın İrana qarşı sanksiyalarında iştirakı üçün Ankaranın Vaşinqton qarşısında 4 təkliflə çıxış etməsi əslində qardaş ölkənin “Ağ Ev”ə mədəni şəkildə “yox” deməsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyənin ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qoşulması fonunda Vaşinqton qarşısında bir sıra şərtlərlə çıxış etməsinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib:

“Yəni hansısa bir dövlət digərindən nələrisə etməsini istəyirsə, onunla razı olduğunu bildirməklə yanaşı, itkilərin də olacağını həmin dövlətin diqqətinə çatdırır. Yəni bunun müqabilində başqa dövlətə qarşı sanksiyalara qoşulmağı təklif edən ABŞ əvəzində səsinə səs verəcək ölkənin itkilərini ödəməyə hazır olmalıdır. Aydın məsələdir ki, ABŞ İrana qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə, digər dövlətlərin ona qoşulması fonunda itkiləri olarsa, bunu ödəməyə hazır deyil, heç belə bir niyyəti də yoxdur. Belə olan halda, ABŞ sanksiyalara qoşulduqda itkilərə məruz qalacaq Türkiyədən nəyə əsasən həmin məsələdə Vaşinqtonla bir yerdə olmağı tələb edir? Türkiyə Fətullah Gülənin ekstradisiyasını tələb edirsə, aydın məsələdir ki, ABŞ onu təhvil verməyəcək. İkincisi, ABŞ-dan soruşulur ki, İran qazından imtina əvəzində bu itki nə ilə əvəz olunacaq? Aydın məsələdir ki, ABŞ-ın Türkiyəyə bu qədər qaz verməyə imkanı yoxdur. ABŞ-dan PKK layihəsindən əl çəkməsi də təklif olunur. Lakin bəllidir ki, Vaşinqton bu layihəsindən əl çəkən deyil. Çünki Yaxın Şərqdə müstəqil və yalnız Amerikadan asılı Kürdüstan dövlətinin yaradılması və onun vasitəsilə bütün bölgəyə nəzarət etmək Vaşinqtonun dövlət siyasətinin tərkib hissəsidir.

Ona görə də Türkiyənin sanksiyalara qoşulması fonunda ABŞ qarşısında qoyduğu bu təkliflər mədəni formada verilən rədd cavabıdır. Ankara bilir ki, ABŞ həmin təklifləri qəbul etməyəcək. Bu səbəbdən də okeanın o tayından İrana qarşı cəza tədbirlərinə qoşulmaqla bağlı gələn təklifə mədəni surətdə “yox” deyir”.

Qeyd edək ki, Türkiyənin hökumətyönlü “Deyli Sabah” qəzetində dərc olunan yazıda Ankaranın İrana qarşı sanksiyalar məsələsində mövqeyinin ABŞ-ın edəcəyi təkliflərdən asılı olacağı bildirilib. Məlumata görə, Ankara ABŞ qarşısında 4 təkliflə çıxış edib. Bunlar aşağıdakılardır: İki ölkə arasında Suriyadakı hədəflər, PKK-nın Suriya filialı barədə fikir ayrılığı olmamalı, ABŞ Fətullah Güləni və FETÖ üzvlərini Türkiyəyə ekstradisiya etməli, Vaşinqton Ankaranın İrana qarşı sanksiyalarla bağlı qısa və uzunmüddətli iqtisadi itkilərini mütləq qarşılamalı və ABŞ rəsmi şəxsləri Ankaraya İran qazı olmayacağı təqdirdə Türkiyənin qaza olan tələbatını necə ödəyəcəklərini izah etməlidir.

ELÇİN

www.yenicag.az

1774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv